"Qulağıma söyüş söydü, götürdüm vurdum" - Dayısını bıçaqlayan şəxs - VİDEO
Dayı işlətdiyi nalayiq sözlərə görə xəstəxanalıq olub.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şəmkirin Talış kəndində baş verib.
Bacıoğlu bıçaqla dayısına ağır bədən xəsarətləri yetirib.
Talış kənd sakini 45 yaşlı Həbib Mehdiyevi 32 yaşlı bacısı oğlu Taleh Osmanov bıçaqlayıb.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyat olunan şəxs vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Bıçaqlanan şəxsin qardaşı Rasim Mehdiyevin sözlərinə görə, qohumlar arasında əvvəllər heç bir ədavət olmayıb. Sözügedən hadisə isə sərxoşluq zəminində yaşanıb. Tərəfləri bir neçə dəfə sakitləşdirmək cəhdi nəticə verməyib. Nəticədə Taleh özündən 13 yaş böyük dayısına 2 bıçaq zərbəsi endirib.
Rasim Mehtiyev - zərərçəkənin qardaşı: "Əvvəllər çox mehriban olublar. Can deyib, can eşidiblər. Yeyib, içəndən sonra dalaşıblar. Sözləri çəp gəlib".
Şəmkir polisi dayısını bıçaqlayan bacıoğlunu saxlayıb. Taleh Osmanov hadisə vaxtı sərxoş olduğunu inkar edərək dayısını onun ünvanına nalayiq sözlər işlətdiyi üçün bıçaqladığını bildirib.
Taleh Osmanov - saxlanılan şəxs: "Deyib gülə-gülə çay içirdik. Gəlib mənə dedi bura gəl, mən də dedim çıx get. Gəldi qulağıma söyüş söydü. Bıçaq da cibimdə açılmışdı. Heç nə götürdüm, vurdum".
Taleh Osmanovun əməlinə aparılacaq araşdırmalardan sonra hüquqi qiymət veriləcək. Cinayət işinin istintaqı davam edir.
Milli.Az
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub