Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda kişi dördüncü arvadını balta ilə qətlə yetirib

Lənkəranda qətl hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, Lerik rayon Mastail kənd sakini, 1964-cü il təvəllüdlüİsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlican oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...