Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çimərlikdə qorxu dolu an - 5 dəqiqə ərzində... - FOTO

Türkiyənin Antaliya şəhərinin Alanya mahalının İncekum Çimərliyində insanlar qorxu dolu anlar yaşayıb. 

Mynews.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, adıçəkilən çimərlikdə sahildən təxminən 300 metr kənarda xortum yaranıb. Təxminən 5 dəqiqə davam edən xortum sahildə olan insanların cib telefonlarının kameralarıyla lentə alınıb. 

Yaranan xortumdan insanlar vahiməyə düşsə də “selfie” çəkdirməyi də unutmayıblar. Bəziləri isə panikaya düşüb çimərlikdən uzaqlaşıblar. 
Ancaq təhlükə baş verməyib, xortum dənizdə də bitib. 

Çimərlikdə qorxu dolu an: 5 dəqiqə ərzində... - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...