SON DƏQİQƏ! Azərbaycanda vəzifəli məmur AĞIR QƏZAYA DÜŞDÜ - Vəziyyəti...
Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Hundai sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı xəsarət almış digər yaralı isə "Niva" markalı avtomobildə olmuş YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur. Hadisə zamanı onun həyat yoldaşı, gəlini və nəvələri də nəqliyyat vasitəsində imiş.
Yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, biri isə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir. F.Cəfərlinin səhhətində problem olduğundan o, bu yaxınlarda ürək əməliyyatı keçirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub