Azərbaycan sərhədlərini pozan şəxslər tutulub

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonunun Alar kəndindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan - İran dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlüAmin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin, onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı, 1963-cü il təvəllüdlüHəsənli Fateh Həmid oğlu saxlanılıblar.
Mynews.az-ın məlumatına görə, DSX-dən bildirilib ki, sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan vətəndaşı, Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının “Odlar Yurdu” və “Qərb” universitetlərinin tələbələri olması müəyyənləşdirilib.
Cəlilabad rayonunun Əsədli kəndindəki sərhəd zastavasının xidməti sahəsində isə İrandan Azərbaycana keçərkən dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil Əhməd oğlu, onun qardaşı Şıxəli Gözəlov, sərhəd pozucusu, 1980-ci il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keçməsi müəyyənləşib.
Hər iki fakt üzrə cinayət işi başlanıb.
Hadisə
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO
- Nailə Mirməmmədli dəfn edildi
- Bəstəkar Nailə Mirməmmədli vəfat etdi
- Yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
- Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 933 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 921 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 915 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 598 dəfə oxunub