Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evini və telefonunu qardaşı oğluna vəsiyyət edib özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

Mynews.az--ın lent.az-a istinadən verdiyi məlumata görə, Xəzər rayonunun Buzovna qəsəbəsində Naxçıvan sakini, 1979-cu il təvəllüdlü Anar Məmməd oğlu Məmmədov yaşadığı evdə məftillə özünü asıb.

Məmmədov özünə qəsd etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahı olmadığını bildirib.

38 yaşlı Anar bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan Bakıya gəlibmiş. O, Buzovnada qardaşının yaşadığı evin həyətindəki digər mənzildə yaşayırmış və işsiz imiş. 

A.Məmmədov həyatına qəsd etməzdən əvvəl yazdığı məktubda isə evini və telefonunu qardaşı oğluna bağışladığını qeyd edib. İntiharına görə bacısına üzrxahlıq edən 38 yaşlı kişi hansı səbəbdən həyatına son qoymasına isə toxunmayıb. Bununla belə o, bu həyatda daha yaşaya bilmədiyini və həyatına son qoymaq istədiyini yazıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...