Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təcili! Azərbaycanlı məşhura BÖYÜK ŞOK - Oğlu...

Dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclasında zərərçəkmişlərdən biri Nailə Nəsirova 40 min manat məbləğində zərər dəydiyini bildirib. O, zərərin ödənilməsini tələb edərək, növbəti məhkəmə iclasında mülki iddia qaldıracaqlarını söyləyib. Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev xaricdə təhsil şirkətini olan "İG Academy"nin rəhbəri olub. Bildirilir ki, o, vətəndaşlardan külli miqdarda pul alaraq, onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var. O, 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. E.Quliyev ötən ilin iyul ayının 12-də zərərçəkmiş Nailə Əkbər qızı Nəsirovanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) BAŞ Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu da qeyd edək ki, E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.

 lent.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...