Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK! - Əməkdar artisti sevən kişi DAMARLARINI DOĞRADI

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, əməkdar artist Naibə Allahverdiyeva illərdir gizli saxladığı bir hadisəni Milli.Az oxucuları ilə bölüşüb.

Aktrisanın bildirdiyinə görə ona görə bir şəxs həyatına qəsd edib.

"Cavanlıq illərimdə bir oğlan məni sevirdi, mən isə yox. Bir gün qarşımı kəsib dedi ki, əgər mənə "yox" desən, damarlarımı kəsib intihar edəcəyəm. Elə bildim ki, məni qorxutmaq üçün bu sözləri deyir. Mən də cavan idim, onun sözünə gülərək oradan uzaqlaşdım. Sonradan eşitdim ki, xəstəxanaya düşüb. O damarlarını doğrayıb, özünə qəsd etmişdi. Xoşbəxtlikdən xəstəxanaya tez çatdırmışdılar, yoxsa ölə bilərdi", - deyə aktrisa bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...