Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aeroport yolunda piyadanı avtomobil vurdu - FOTO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Audi” markalı “99-HL-277” dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.

Əraziyə Yol və Polis Patrul Xidmətlərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...