Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda ana oğlunu öldürən gənci bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Facebook-da bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə 2016-cı il dekabrın 14-də, Bakının Nəsimi rayonunda, “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

İttihama münasibət bildirən M.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O, Ələkbər öldürmək niyyəti olmadığını bildirib: “Söhbət edəcəkdim, amma mübahisə düşdü”.

Mərhum Ə.Muxtarovun anası Ülviyyə Məcidova məhkəmədə ifadə verərək oğlunun dostları ilə görüşmək adı ilə evdən çıxdığını deyib: “Bu məsələ barədə heç nə bilməmişəm. Oğlumun öldüyünü polis deyəndə bildim”.

Ü.Məcidova şikayətçi olmadığını deyib: “Şikayət etsəm, nə olacaq ki? Hadisədir də, olub”.

M.Hüseynov qətlə yetirdiyi 21 yaşlı Ələkbərin anasından üzr istəyib: “Çox peşmanam, belə olmasını istəməzdim”.

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...