Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxdı

Bakıda iki qız itkin düşüb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yaşayan 2003-cü il təvəllüdlü Lalə Musayeva (adlar şərtidir) iyunun 20-də saat 14 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Qaradağ rayonu Korgöz qəsəbəsində yaşaayan 1998-ci il təvəllüdlü Xalidə Vəliyevanın da itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hər iki qızın valideynləri onların fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...