Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mingəçevirdə iki ailə arasında kütləvi dava

Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Beton Məmulatları Zavodunun həyətində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

Hadisə zamanı bir ailənin iki üzvü: - Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...