Bakı polisi əcnəbi turisti çətin vəziyyətdən xilas etdi
İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində olduğu müddətdə pul qabını itirməsi barədə məlumat verib.
DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, o, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib.
Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun “28 May” stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər.
Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyatı üzrə Polis Şöbəsinə gətiriblər. Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun “Azadlıq” stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pul qabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər.
Əcnəbi turist pul qabının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin peşəkarlığına, opertaviliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub