Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Attraksiondakı nasazlıq gənc qızı ölümlə üz-üzə qoydu - QORXUDOLU ANLAR - VİDEO

Nyu-Yorkdakı attraksionlardan birində qorxulu anlar yaşanıb.

Mynews.az vesti.ru-ya istinadən xəbər verir ki, yeniyetmə qız attraksiondan yıxılıb.Oturacağın ehtiyat kəmərləri möhkəm bərkidilsə də, təsadüf nəticəsində kəmər açılıb.

Xoşbəxtlikdən hadisə faciəylə nəticələnməyib. Onu parkın işçiləri xilas edib. Belə ki, bir neçə nəfər attraksionun altına yığışıb. Qızı parkın əməkdaşı tutub. Halı pisləşən qız dərhal xəstəxanaya aparılıb.

Daha sonra park rəhbərliyi nasazlığın aradan qaldırılması üçün attraksionu bağlı elan edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...