Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi - VİDEO

Cəlilabadda baş verən zəncirvari avtoqəzada 5 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun bu rayondan keçən hissəsində olub. Astara istiqamətində hərəkət edən avtomobil əvvəl qarşıdan gələnə, daha sonra başqa bir avtomobilə çırpılıb.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı Cəlilabad sakinləri - Elmir İbrahimov, Bayram Əliyev, Xanim Rəhimov, Lənkəranrayon sakini Məhəbbət Qurbanova və Bərdə Rayon sakini Cümə Cüməzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanada yaralılara ilkin yarım göstərilib. Onlardan Məhəbbət Qurbanovanın vəziyyəti ağır olaraq qalır.
Bakıda isə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında baş verib.
Qırmızı işıqda keçən Audi markalı maln "Nissan" markalı avtomobilə, ardınca isə "Mercedes"ə çırpılıb. Sonuncu avtomobil də işıqforun dirəyinə dəyib. Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil yararsız hala düşüb. Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...