Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda özünü qatarın altına atan qadının kimliyi məlum olub - YENİLƏNİB

Tovuz rayonunda özünü qatarın altına atan qadının kimliyi məlum olub.

Mynews.az
-ın apa-ya istinadən məlumatına görə, iyunun 25-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Tağıyeva Səlvinaz Qəhrəman qızı olduğu müəyyən edilib.

İlkin məlumata əsasən, onun psixoloji problemi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

***
14:13
Bu gün Tovuzda qadın özünü qatarın altına ataraq intihar edib.
BiG.AZ-ın apa-ya istinadən məlumatına görə, 30-35 yaşlı qadın rayonun Qovlar şəhərində özünü qatarın altına atıb.

Qadının kimliyi və hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...