Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Model Leylanın ölümündə təqsirləndirilən həkimdən - AÇIQLAMA: "Günahım yoxdur"

Xəbər verdiyimiz Bakıda model qız estetik əməliyyatı zamanı ölüb. Əməliyyat həkim Siruz Qoçxani tərəfindən icra olunub. Hadisə "Zəfəran Hospital"da baş verib.

Mynews.az xəbər verir ki, Siruz Qoçxani unikal.org-a açıqlamasında deyib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib: "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarxində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".

Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb: "21 yaşlı Leyla model idi. Buna baxmayaraq onun qarın və bel nahiyyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 20-30 faizi dünyasını dəyişir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".

S.Qoçxani deyib ki, ölüm hadisəsi ilə bağlı prokurorluqda izahat verib: "Bütün lazımı sənədlər prokurorluğa təqdim olunub. Hazırda öz işimin başındayam. Qeyd olunan ölüm hadisəsində mənim günahım yoxdur. Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...