Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

Bərdədə sərxoş şəxs körpüdən çaya yıxılıb.

Mynews.az  DİN-ə istinadən xəbər verir ki, iyunun 25-də saat 23 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Vüqar Hüseynov sərxoş halda Tərtər çayının üzərində quraşdırılmış körpüdən ehtiyatsızlıqdan yıxılıb.

Həmin vaxt ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən V.Hüseynov sudan çıxarılaraq həyatı xilas edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...