Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağcabədi sakini əməliyyat masasında ölüb

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Mynews.az-ın Report-a istinadən məlumatına görə, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...