Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Faciəvi şəkildə ölən futbolçumuzun - SON VİDEOSU - VİDEO

Dünən Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində dəhşətli avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib.

1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən Elgün Abbasov vaxtı ilə futbolla da məşğul olub. Tovuzun “Turan” komandasında çıxış etmiş Abbasov, futbola 2013-cü ildə vidalaşıb. O, son olaraq yerli telekanalların birində çalışırmış.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...