Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü - "Namusumu təmizlədim" - VİDEO

Türkiyənin Adana şəhərində 31 yaşlı Sənəm Barık ilə 20 yaşlı Zeliha Sevgilibaşı evə kişi çağırdıqları iddiası ilə öldürən 5-i eyni ailədən olmaqla 6 şübhəli haqqında xəbər var.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, gəlinlərinin qətlində təqsirləndirilən şübhəlilərin məhkəmə prosesi baş tutub. Prokuror 6 şübhəli haqqında 2 dəfə ağırlaşdırılmış, ömürlük olmaqla ən azı 31 ilə qədər həbs cəzası istəyiylə iddia qaldırıb.

Xatırladaq ki, 10 apreldə törədilən qətl hadisəsinə görə saxlanılan Doğan Barık (19) Sənəm Barıkın narkotikdən istifadəyə görə həbsxanada olan əmisi Ərəb Barıkın həyat yoldaşı olduğunu söyləyib. "Gəlinimiz evi tərk edib Zeliha ilə birlikdə fahişəlik edirdi. Namusumuzu təmizləmək üçün ikisini də mən öldürdüm", - demişdi.

Şübhəlilər qarşıdakı günlərdə hakim qarşısına çıxarılacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...