Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda qız üstündə qanlı dava - öldürüb qamışlığa atdılar-YENİLƏNİB

Sumqayıtda törədilmiş qətlin üstü açılıb.

Mynews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

09:46

Sumqayıt şəhərində qətl törədilib.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıq ərazidə baş verib. Şəxsiyyəti hələlik tam məlum olmayan şəxs Astara sakini, 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürüb.

Bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi açılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...