Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bayram günlərində qorxunc statistika

Ardıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib. 

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, iyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib. 

Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb.

Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir:
24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı
25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı
26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı
27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı
28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı.

Ümumilikdə geridə qalan istirahət günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...