Şirkət rəhbərinin öldüyü hadisə barədə - YENİ FAKTLAR-FOTOLAR
2 gün əvvəl Hacıqabul rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabulun Nəvahi qəsəbəsindən keçən hissəsində Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobil aşarkən sürücü və ön oturacaqda əyləşmiş 1989-cu il təvəllüdlü Abbasov Elgün İlham oğlu təhlükəsizlik kəmərini taxmayıbmış.
Məhz bu səbəbdən də zərbənin gücündən onlar avtomobilin ön şüşəsindən yolun kənarına düşüblər və hadisə yerində vəfat ediblər. Avtomobilin arxa oturacağında əyləşmiş 23 yaşlı Seymur Əliyev isə kəmər taxmasa da, aşan nəqliyyat vasitəsinin salonunda qalıb. Xəstəxanaya yerləşdirilmiş gəncin həyatına təhlükə qalmadığı məlum olub.
Bu arada, məlum olub ki, qəzaya uğrayan avtomobil yaxınlıqdakı polis postundan keçərkən sürücü təhlükəsizlik kəmərini taxıbmış. Hadisə yerini müayinə edən polis qəza vaxtı avtomobilin təxminən saatda 140-150 kilometr sürətlə hərəkət etdiyini bildirib.
Məlumata görə, qəzada vəfat edən şəxslər əslən Tovuzdan olsalar da, Bakıda yaşayırmışlar. Onlar bayram günləri ilə bağlı rayona gedib, Bakıya qayıdarkən məlum hadisə ilə üzləşiblər.
Qeyd edək ki, qəzada vəfat edən Orxan Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin qardaşı oğludur. O, özəl şirkətlərdən birinin direktoru imiş. Elgün Abbasov isə keçmiş futbolçu və Tovuzda fəaliyyət göstərən ARB24 telekanalının keçmiş əməkdaşı imiş.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub