Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda hava limanında şübhəli çanta

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əskinasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd - hər biri 100 ABŞ dolları nominalında əskinaslar olmaqla, cəmi 29.900 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...