Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Faciəvi şəkildə ölən azərbaycanlı modelin meyiti TAPILDI - YENİLƏNİB - FOTOLAR

Bakıda dənizdə batan modelin meyiti tapılıb.

Mynews.az
 xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub. 

14:09

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçısı olan Günel Mirzəyeva vəfat edib.

Mynews.az-ın “1news.az”a istinadən verdiyi məlumata görə, bu barədə modelin yaxın dostu deyib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub:

“Hadisə “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.

Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, o, sağdır və bizimlə zarafat etmək istəyir”.

Faciəvi şəkildə ölən azərbaycanlı modelin meyiti TAPILDI/YENİLƏNİB

Faciəvi şəkildə ölən azərbaycanlı modelin meyiti TAPILDI/YENİLƏNİB

Faciəvi şəkildə ölən azərbaycanlı modelin meyiti TAPILDI/YENİLƏNİB

Faciəvi şəkildə ölən azərbaycanlı modelin meyiti TAPILDI/YENİLƏNİB

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...