Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda dəhşətli hadisə - Oğul 70 yaşlı anasını dəfələrlə zorladı və...

Hadisə Qobustan rayonunda baş verib.

Mynews.az-ın verdiyi məlumata görə bir neçə gün əvvəl, 27 yaşlı oğlan qan içində xəstəxanaya yerləşdirilib. Xəstəxana işçilərinin Mynews.az-a verdiyi açıqlamadan aydın olub ki, həmin oğlan anasından onu evləndirməyini tələb edib. Anası isə oğlunun bu istəyinə məhəl qoymayıb. “Səni kimi narkomana kim qız verər? Mən heç kimin qızını alıb bədbəxt etmərəm” deyib. Elə hadisə də bundan sonra baş verib. Anasının onu evləndirmədiyindən qəzəblənən gənc anasına təcəvüz edib. Bir ay ərzində dəfələrlə anasına işgəncə verərək onu zorlayıb. Buna dözməyən ana polisə şikayət edib.

Polis oğlanı həbs etmək istəyərkən oğlan polislərin əlindən qaçmağa çalışıb və damarlarını doğrayaraq özünə ciddi xəsarət yetirib. Həkimlər onun psixi problemi olduğunu bildirib. Hal-hazırda Qobustan rayon xəstəxanasında əlləri və ayaqlarından bağlı müalicə olunur.

Vəziyyəti stabil olduqdan sonra onu Maştağadakı psixiatriya xəstəxanasına yerləşdirilməsi nəzərdə tutulur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...