Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub

Azərbaycanda son 5 ildə cinayətlərin orta illik açılması 83 faiz olub.

Mynews.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.

Nazirin sözlərinə görə, dövr ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 1300 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 3500 odlu silah yığılmış və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir: “Əldə etdiyimiz müsbət nəticələrdən biri də respublikamızda əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...