Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda nişanlı gəncin faciəvi sonu - FOTO

Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarına baş verib.

Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.

Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş. 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...