Azərbaycanda abort etdirən qızların - ŞOK STATİSTİKASI
2016-cı ildə Azərbaycanda 34569 abort qeydə alınıb.
Mynews.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, 15-17 yaşlı xanımlar da abort üçün müraciət edib: “Belə ki, 15-17 yaşlı qadınlar ümumi abortların 0,1 faizini, 18-19 yaşlı qadınlar 3,6 faizini, 20-24 yaşlılar 22,5 faizini, 25-29 yaşlılar 32,6 faizini, 30-34 yaşlılar 25,8 faizini, 35 yaşdan yuxarı olanlar isə 15,4 faizini təşkil edib”.
R.Süleymanov bildirib ki, abortların ümumi sayından birinci hamiləliyin pozulması ilə bağlı (mini abortlar, dərman vasitəsilə ilə aparılan abortlar istisna olmaqla) 978 hal qeydə alınıb.
Məlumat üçün bildirək ki, 2016-cı ildə 2015-ci illə müqayisədə 7117 nəfər çox qadın abort etdirib. Belə ki, 2015-də Azərbaycanda 27452 qadın aborta gedib ki, onlardan 16031 nəfəri 15-29 yaş arasında olan gənclər olub. Həmin il 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Qadınlardan 50 nəfəri 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573 qadın abort etdirib.
Qeyd edək ki, Azərbaycanda həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza ağırlaşdırılır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Hazırkı qanunvericiliyə əsasən, həkim tərəfindən kənarda abort etməyə görə 200 manatadək cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəza kəsilir. İndi isə cərimə məbləğinin 500 manatdan 1000 manatadək artırılması təklif edilir.
Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə də cərimənin miqdarı artırılır. Belə ki, indiyədək onlar 300 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırdı. Təklifə əsasən isə cərimənin məbləği 1000 manatdan 1500 manatadək artırılır.
Cinayət Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada qeyd olunan cərimənin məbləği 2 min manatdan 3 min manata qədər artırılması təklif edilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 596 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub