Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı - Sumqayıt avtobusunda biabırçılıq - Təcavüzə uğrayan qadın manyakı anbaan videoya çəkdi - VİDEO

Bakı-Sumqayıt avtobusunda təcavüzə uğrayan qadın manyakı anbaan videoya çəkib.

Dünən Bakı-Sumqayıt avtobusunda oturan qıza yanında əyləşən kişi əvvəlcə əl-qol atmaq istəyib. Təcavüzə uğrayan qız sumkasını yanına qoyub ki, toxuna bilməsin. Sonra da həmin şəxs videoda gördüyünüz hərəkətləri etməyə başlayıb.

Etdiyi hərəkətin əxlaqsızlıq olduğunu deyən qızı avtobusdakı qadın sərnişinlər “Həyasızın səsinə bax” deyə təhqir edib.

Qız videonu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:  “Götürdüm, göstərdim videonu, dedim, həyasız sənsən ki, belə kişilərin köləsi olub bu günə gətirib çıxarmısınız. Göz yummusunuz”.
Əzizlərim, belə şey olanda həmin şəxsin üzünü də çəkin, ictimailəşdirin. İfşa edin. Nə bilim, daşı götürüb başına vurun. Amma əsla abrınıza qısılmayın”.

Mynews.az A24.az-a istinadən videonu sizə təqdim edir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...