Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qonaq gedən 16 yaşlı gənci maşın vurdu - VİDEO

Zaqatalaya qonaq gələn 16 yaşlı yeniyetməni maşın vurub.

Mynews.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini Ramazan Mirzəyev idarə etdiyi "VAZ 21 074" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Sumqayıt sakini Bəhruz Əliyevi vurub. Qəzadan sonra yeniyetmə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə Bəhruz Əliyevin vəziyyəti orta-stabildir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...