Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda növbəti həkim məsuliyyətsizliyi - Ana doğuş zamanı qanaxmadan öldü - FOTOLAR

Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, bu haqda azxeber.com-a mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.

Onların dediyinə görə, Turanə Məmmədova Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib.

Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun oğlan övladı isə dünyaya gəlib. 

Qara Qarayev Xəstəxanasından portalımıza deyilib ki, məsələylə bağlı ətraflı məlumat veriləcək. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...