Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

5 gün əvvəl ölən Səbinənin meyiti tapıldı

Keçən həftənin cümə günü Hövsandakı çimərlikdə suda boğulan Səbinə Abıyevanın meyiti tapılıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, dalğalar gənc qızın meyitini Zirə qəsəbəsi yaxınlığında sahilə çıxarıb.

Qeyd edək ki, S.Abıyeva tanışı, 21 yaşlı Hüseyn Rəhimovla birgə dənizdə batmışdı. H.Rəhimovun meyiti həmin gün tapılaraq təhvil verilsə də qızdan xəbər tutmaq mümkün olmamışdı.

S.Abıyevanın nəşi dəfn edilməsi üçün Masallı rayonuna aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...