Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Akrobat 30 metr hündürlükdən yerə çırpıldı - REAL GÖRÜNTÜ - VİDEO

Madriddə musiqi festivalı zamanı faciə yaşanıb.  

APA TV-nin məlumatına görə, İspaniya paytaxtında keçirilən "Mad Cool" festivalında çıxış edən akrobat 30 metr hündürlükdən qəfil yerə çırpılıb.  

Hadisə 42 yaşlı akrobat qəfəsdə tryuk yerinə yetirərkən baş verib. 35 min izləyicinin qarşısında baş verən hadisə kameralara düşüb.  

Şahidlərin sözlərinə görə, akrobatı saxlayan təhlükəsizlik trosunun halqası qəfil qırılıb, nəticədə o, yerə çırpılıb. İzləyicilər bunun şounun tərkib hissəsi olduğunu düşünüblər.

Lakin akrobata yerində yardım göstərildikdən sonra məlum olub ki, o ölüb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...