Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK: 2 yaşlı uşağı öldürən qadını diri-diri yandırdılar - VİDEO

30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar.

Daha sonra isə qadını onun od vurulmuş avtomobilinə atıblar.

Mynews.az-ın məlumatına görə, Milli.Az O globo-ya istinadən bildirir ki, həddən artıq ağır yanıq xəsarətləri almış qadını təcili yardım xəstəxanaya aparıb. Bu linç zamanı 5 yaşlı Marlon Buzanqo Kampuş adlı oğlan da yanıq xəsarətləri alıb.

Olay Braziliyanın Amazonas ştatındakı Novo Aripuana şəhərində, Borba bələdiyyəsində yaşanıb.
Polisdən verilən məlumata görə, qadın 7 nəfərin olduğu binaya od vurmaqda şübhəli bilinir. Həmin yanğında 2 yaşlı oğlan həlak olmuşdu.
Polis idarəsinə hücum çəkmiş 500 yerli sakini isə hadisə yerinə çağırılmış xüsusi təyinatlı polislər və hərbçilər güclə sakitləşdiriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...