Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

BDU-nun fəxri professoru, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, Əkbər Salman oğlu Bayramov vəfat edib.

Mynews.az report.az-a istanadən bildirir ki, o, dünəm axşam saatlarında dünyasını dəyişib.

Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib və o, bu gün dəfn olunub.

Qeyd edək ki, Ə. Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləyib. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. 

Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər Bayramovun xidməti əvəzsizdir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...