Həyat yoldaşını lüt soyundurdu və... bıçaqladı
Həyat yoldaşı tərəfindən döyüldükdən sonra lüt soyundurularaq küçəyə atılan qadının məhkəməsi başlayıb.
Mynews.az xəbər verir ki, bu barədə virtualaz.org saytına "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.
Zərərçəkənin nümayəndəsi sığınacağın əməkdaşı Şəhla Hüseynovadır.
"Qadın sığınacaqda məskunlaşıb. Ona bıçaq zərbəsi yetirən həyat yoldaşı Ceyhun Mehrəliyevə qarşı qaldırılan iddiaya Sumqayıt Şəhər Məhkəməsində baxılır. Hazırlıq iclasında qarşı tərəf iştirak etməyib. Onun ölkədən kənarda olduğuna dair sənəd təqdim edilib. Halbuki o, məhkəmənin həyətində dayanaraq prosesin gedişini izləyib",- deyə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
M.Zeynalovanın sözlərinə görə, kişinin haqqında iki dəfə dələduzluq maddəsi ilə cinayət işi açılıb. Bu dəfə isə Cinayət Məcəlləsinin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, qadın virtualaz.org saytına müsahibəsində həyat yoldaşı tərəfindən dəfələrlə ağır işgəncələrə məruz qaldığını demişdi. "Fevral ayında məni bağ evinə apardı, orada heç kimin olmadığından istifadə edərək döydü. Sonra buçaqla xəsarət yetirərək lüt soyunmağa məcbur etdi. Başının qarışmağından istifadə edib qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Yolda qarşıma bir nəfər çıxdı və mənə paltarlarını verdi. Həmin adam mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Sonra sığınacağa gəldim".Həyat yoldaşı isə sosial şəbəkələrdə qadının yalan danışdığını, ailəsinin onun üzündən dağıldığını söyləyib.
Növbəti məhkəmə prosesi iyulun 11-də olacaq.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 965 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 924 dəfə oxunub