Bakıda daha bir DƏHŞƏTLİ İNTİHARIN görüntüsü YAYILDI - VİDEO
Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intiharı ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Susannanın qohumlarının göndəridiyi yeni görüntülərdə yeni detallar üzə çıxıb. Ölümündən saniyələr öncə çəkilən görüntülərdə Susanın eyvandan sallandığı və bir neçə nəfərin onun ətrafında olduğu görünür.
Qeyd edək ki, faktla bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində qadının qeyri-rəsmi nikah münasibətində olduğu əri Əbülfəs Baxşıyev barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Lakin Ə.Baxşıyev qadının intiharında hər hansı rolunun olduğunu inkar edib. O iddia edib ki, birgə nikahdan iki azyaşlı uşaqları olan Susannanın psixi problemləri var. Əbülfəs deyib ki, hadisə baş verərkən onun xəbəri olmayıb və Susannanın özünü pəncərədən atacağını ehtimal etməyib.
S.Şərifova 2009-cu ildən bəri birgə yaşadığı həyat yoldaşı tərəfindən mütəmadi zorakılığa məruz qalıb. Həttə Əbülfəs dostlarının yanında xanımının başını qırxaraq onu alçaldıb, tez-tez döyərək işgəncə verib. Daim saçlarını uzadan Susannanın hadisə günü saçlarının çox qısa olması da bunu göstərir. (baku.ws)
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub