Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 21 yaşlı gənc intihar etdi

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Mynews.az-ın Report-a istinadla xəbərinə görə, 1996-ci il təvəllüdlü İbrahimov Ramiz Güloğlan oğlu Xiyabani küçəsində yerləşən evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməkdaşları cəlb edilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...