Bakıda Hacı Cavad məscidini sökən məmurlardan biri öldü - İş otağında

Xəbər verildiyi kimi, bu il aprelin əvvəlindən sökülməyi barədə məsələ gündəmə gəlmiş, Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi iyunun 30-dan 1-ə keçən gecə söküldü.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, ilk günlər ibadətgahın sökülməsinə edilən cəhdlər məscid icması tərəfindən kəskin etirazla qarşılanmışdı. O zaman Prezident İlham Əliyev Hacı Cavad məscidi ilə bağlı problemin ciddi araşdırılmasına göstəriş verdi. Nəhayət, iyun ayında məscidin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verildi.
Bir çox dairələr əvvəlcədən möminlərlə məsləhətləşmədən məscidin sökülməsinə edilən cəhdlərin ölkədə İslam Həmrəyliyi ili elan edildiyi, İslam Həmrəyliyi oyunları keçiriləcəyi bir ərəfədə dövlət-din qarşıdurması yaratmaq istəyən xarici və daxili qüvvələrin təhriki ilə edildiyini hesab edirdi. Hətta Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin bu günlərdə vəzifəsindənazad edilməsini də bu amillə əlaqələndirənlər də var.
İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün Moderator.az-a verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əmədov səhər saatlarında iş otağında gözlənilmədən vəfat edib
Hadisə
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
- İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."
- Gürcüstan Azərbaycanla sərhəddi açdı – - YENİ QAYDALAR
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
- Hüseyn Məhəmmədoğluna ağır itki
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir 600 dəfə oxunub
- Hüseyn Məhəmmədoğluna ağır itki 596 dəfə oxunub
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 590 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 587 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 586 dəfə oxunub