Rüfət Səfərovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvəsində saxlayıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib.
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi bu hökmü qüvvəsində saxlayıb.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 938 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 925 dəfə oxunub
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama 916 dəfə oxunub
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb 596 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 579 dəfə oxunub