Xalq artistinin oğlu adam vurdu
Xalq artisti Ramiz Novruzovun oğlu Cavidan xoşagəlməz hadisə ilə üzləşib.
Mynews.az-ın məlumatına görə, bir sıra teleseriallarda canlandırdığı obrazlarla məşhurlaşan Cavidan Novruzov yeniçağ-az-a açıqlamasında iştirakçısı olduğu insidentə belə aydınlıq gətirib: “Vicdan haqqı” serialında canlandırdığım Əbdül rolunun badına gedəcəkdim. Hələ də anlaya bilmirəm, bu insanlar niyə elə bilirlər ki, serialda baş verənlər həyatda da yaşanır.
Bir ayın söhbətidir, şəhərdə gedirdim, iki-üç oğlan mənə söz atdı ki, belə vurub-yıxan oğlansan, get bacını axtar. Çaşıb qaldım ki, bu, nə deyir? Yenidən qayıtdı ki, get bacın Dilarəni axtar, tap. Söz xoşuma gəlmədi, dedim, ə, sən kimə deyirsən? Cavab vermədi, başladı gülməyə. Üstünə yeriyib, əl atdım boynuna. Əlbəyaxa olduq, dava düşdü, uşaqlar aralaşdırdılar.
Amma onları otuzdurdum yerlərində. Adamın real həyatla serialı qarışdırması xoşuma gəlmədi. Ən azı, sözü başqa cür də demək olardı”.
Qeyd edək ki, Cavidan Novruzov “Vicdan haqqı” serialında Əbdül orazını canlandırır. Serialda “vurub-yıxan oğlan” kimi tanınan Əbdül baş qəhrəman olan Dilarənin qardaşıdır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub