Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Salyanda yol qəzası: Ölənlər var - FOTO + YENİLƏNİB

Ələt-Astara magistralında "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında baş vermiş dəhşətli qəzada ağır yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib. 

Hadisə yerində isə 3 nəfər ölüb.

Bildirilir ki, qəzada ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

Vəfat edənlərdən ikisinin şəxsiyyətini hələlik tam dəqiqləşdirmək mümkün olmayıb. 

08:55

Salyan rayonunda ağır yol qəzası baş verib.

Mynews.az APA-ya istinadla məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləridir. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub. Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...