Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maştağada kütləvi dava: - İki qardaş bıçaqlanıb

Bakının Sabunçu rayonunda kütləvi dava baş verib.

Mynews.az report-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə iki qardaş bıçaqlanıb.

Belə ki, 1991-ci il təvəlldüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov və M.Əhmədov bıçaqlanıb. Qarşı tərəfdən isə iki nəfər yüngül bədən xəsarətləri alıb.

Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...