Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda ana doğuşdan sonra dünyasını dəyişdi - Yenə həkim səhlənkarlığı?

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

Mynews.az Report-a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...