Öz arvadını kişi ilə görüşdürdü və ... - Azərbaycanda
Oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, hər iki şəxs 3 il müddətə azadlıqdan məhrum edilib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxslərin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda yerləşən mənzilin sahibi Ramazan Əsgərov polisə müraciət edərək evində usta kimi işləyən Emin Mehdiyev və onun tanışı Namiq Məsimov tərəfindən 12 min manat pulunun oğurlandığını bildirib. İstintaq sənədlərində var ki, Ramazan Əsgərov evində usta işləyən Emin Mehdiyevə gecəni bir yerdə keçirəcək xanım tapmasını xahiş edib.
Emin Mehdiyev də mənzildə külli miqdarda pul olmasından xəbərdar olub. Bu zaman usta tanışı, Namiq Məsimova xəbər verib. Namiq Məsimov da öz həyat yoldaşını Ramazan Əsgərovun evinə gətirib. Ramazan Əsgərov qadınla olan zaman iki tanış evdən 12 min manatı oğurlayıblar. Məhkəmə dövründə isə onlar bunu təsdiq etməyib. Bildiriblər ki, Ramazan Əsgərova yemək bişirmək üçün qadın lazım olduğu üçün Namiq Məsimov öz həyat yoldaşını həmin mənzilə gətirib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 962 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub