Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vəzifəli şəxsin intihar səbəbi bəlli oldu

Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.

Mynews.az Ölkə.az-a istinadən verdiyi məlumata görə, icra nümayəndəsi mərhumun borcunun olduğunu açıqlayıb: “İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcum var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”.

Xatırladaq ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyitinin kənd ərazisindəki köhnə tikilidə asılmış vəziyyətdə tapıldığı bildirilir. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...