Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

66 yaşlı neftçini öldürən "ZEK" tutuldu - VİDEO

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün əvvəl törədilmiş qətlin üstü açılıb.

Mynews.az  unikal.org-a istinadən xəbər verir ki, iyulun 10-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 saylı binada 66 yaşlı Yuriy Barışovun üzərində xəsarətlər olan meyiti aşkar olunub.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rusiya Federasiyası vətəndaşı olan Hüseyn Akayevin mərhumla qohumluq əlaqələri də olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...