Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çay evində qumarxana aşkar edilib - FOTOLAR

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən çay evlərindən birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Mynews.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən obyektdə qumar oyunları təşkil edən Bakı şəhər sakini Əfsun Əhmədli, Xaçmaz rayon sakinləri – Çingiz Balakişiyev, onun qardaşı Balaqardaş, Fərid Şeydayev və Şəhriyar Vələdov saxlanılıblar.

Həmçinin həmin obyektdə qumar oynayan daha dörd vətəndaş müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarına qoyulan pul vəsaiti, uduşlu kuponlar, “poker” oyun kartları, lotoreyada istifadə olunan avadanlıq, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Göstərilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...